Türkiyəli aktyor Erdal Özyağcılar maddi yardım etdiyi şəxs tərəfindən təhdidlərlə üzləşməyə başlayıb.
Axşam.az xəbər verir ki, təhdid mesajları alan aktyor ölkə prokurorluğuna müraciət edib.
Belə ki, Erdal Beşiktaşda getdiyi məkanda vale işləyən Oktay T. adlı şəxslə tanış olub. O, aktyora maddi vəziyyətinin pis olduğunu bildirib və ondan kömək istəyib. Erdal da müəyyən aralıqlarla ona maddi yardım göstərib. Bu, ötən aya qədər belə davam edib. Lakin Erdal Oktaydan artıq ona yardım üçün müraciət etməməsini deyib.
"Sabah"ın məlumatına görə, Oktay bundan sonra aktyora təhdid dolu mesaj göndərib.
Artıq Erdalın müraciəti əsasında prokurorluqda cinayət işi açılıb. Oktay yaxın günlərdə İstanbul Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxacaq.