Gürcüstanın Xalq artisti Tengiz Arçvadze vəfat edib.
Axşam.az xəbər verir ki, aktyor 91 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Arçvadze ilk rolunu 1961-ci ildə “Eyni səma altında”, sonuncunu isə “Başqa gürcü hekayəsi” filmində canlandırıb. O, ümumilkdə 46 filmdə rol alıb.
T.Arçvadze "İyirmialtılar" filminin baş rollarından biri - "Caparidze" obrazına da həyat verib.