"Dostlar" serialının ulduzu ölü tapıldı

"Dostlar" serialının ulduzu ölü tapıldı
2375 dəfə oxunub
  • A-
  • A
  • A+

"Dostlar" serialının ulduzu Metyu Perri vəfat edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyorun cansız bədəni ötən gün Kaliforniyadakı evinin cakuzisində tapılıb.

İlkin məlumata görə, 55 yaşlı sənətçi ürək çatışmazlığından sonra suda boğularaq dünyasını dəyişib.

Hazırda onun ölümü ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Tələsmə - insanları güldürəcəksən”, "Dələduzlar", "İkinci tanqo", "Doqquz yard" kimi məşhur filmlərdə də rol alan aktyor “Qızıl qlobus” və “Emmi” mükafatlarına layiq görülüb.