Dünən məşhur cütlük – futbolçu Devid və model Viktoriya Bekhemin evliliyinin 15-ci ili tamam olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu münasibətlə Viktoriya İnstaqram səhifəsində toy fotolarını paylaşıb. İzləyicilərinin də təbrik mesajlarını alan model “15 möhtəşəm il. Biz xoşbəxtik. Sevginizə görə təşəkkürlər. Bu günün hamımız üçün əhəmiyyəti böyükdür” sözlərini yazıb.
Qeyd edək ki, Devid və Viktoriya 1999-cu ildə ailə qurublar. Bu evlilikdən onların 4 övladı var: Bruklin (15 yaş), Romeo (11 yaş), Kruz (9 yaş) və Harler (2 yaş).