Türkiyəli iş adamı Acun Ilıcalı son açıqlaması ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, Ilıcalı neçə avtomobil və motosikletinin olduğunu etiraf edib:
"Maşınım çox deyil, cəmi 3-4 ədəd. 12-13 ədəd də motosikletim var. Özümlə apara bilmədiyim üçün dünyanın müxtəlif yerlərində motosikletlər alıb qoymuşam. Dominikanda 4, Mayamidə 2, Çeşmədə 3, İstanbulda isə 4 motosikletim var".
Qeyd edək ki, Acun Ilıcalı "TV8" telekanalının və "Hull city" futbol klubunun sahibidir.