Müğənni Roza Zərgərli qızı ilə gecə gəzintisinə çıxıb.
Axşam.az-ın məlumatına görə, hər il xarici ölkələrə yollanan sənətçi builki yay istirahətini Azərbaycanda keçirəcəyini bildirib:
"Qərar vermişəm ki, ailəmlə birlikdə Azərbaycanın bölgələrini gəzək. Çox gözəl yerlərimiz var. Onları görmək istəyirik".
R.Zərgərli indiyədək dənizə getmədiyini də söyləyib:
"İstirahətimi dənizdən uzaq edirəm. Çünki dənizdə çimmirəm, iyrənirəm. Çox nadir hallarda hovuza girirəm".