Türkiyəli şoumen Mehmet Əli Ərbil özündən 40 yaş kiçik nişanlısı Gülseren Ceylandan yenidən ayrılıb.
Axşam.az xəbər verir ki, bu barədə Gülseren sosial media hesabında yazıb. "Ərbillə yollarımızı ayırdıq. Ona həyatda uğurlar arzulayıram. Bir daha bu mövzu haqqında danışmayacağam" deyə, o, bildirib.
Qeyd edək ki, Ərbil 3 uşaq atasıdır. Onun sevgilisinin 26 yaşı var. Daha əvvəl tək daş üzük və sport maşın istəyən Ceylanın şoumendən ev tələb etdikdən sonra ayrıldığı iddia olunsa da Gülseren bunu təkzib etmişdi.
