Prezidentin indiyədək görmədiyi fotoları

Prezidentin indiyədək görmədiyi fotoları
3638 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin 11-ci prezidenti Abdullah Gülün özünün də görmədiyi yeni fotoları yayılıb.

Axşam.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, bu fotolar İstanbulda açılışı olan, Abdullah Gülün prezidentliyi dövründə çəkilmiş şəkillərdən ibarət sərgidə nümayiş olunub. 

Sərginin açılışını həyata keçirən Abdullah Gül jurnalistlərə verdiyi açıqlamada sərgidəki fotoların 7 illik prezidentliyi dövründə prezident administrasiyasının fotoqrafları tərəfindən çəkilmiş minlərlə şəkilin arasından seçildiyini deyib. Şəkillərdən razı qalan Gül, bunu 7 ilin icmalı kimi qiymətləndirib.

Xatırladaq ki, sərgidə administrasiyanın fotoqrafları Ayhan Fırat, Murat Çetinmühürdar, Mustafa Öztartan, İrfan Yıldız və Mehmet Demirçinin çəkdiyi 1 milyon şəklin arasından seçilmiş 50 foto nümayiş olunur.

Qeyd edək ki, sərgi iyulun 11-ə qədər ziyarətçilərin üzünə açıq olacaq.