"The Rolling Stones"dan rekord qazanc

"The Rolling Stones"dan rekord qazanc
437 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniyanın "The Rolling Stones" qrupu növbəti rekorda imza atıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, kollektiv Britaniyada gəliri milyard dolları keçən ilk qrup kimi tarixə düşüb. 

Konsertlər musiqiçilərə iki milyard dollar qazandırıb.  

Qrupun pərəstişkarları 2021-ci ildə cəmi 14 şou üçün ümumilikdə 130 milyon dollardan çox pul ödəyiblər.

Qeyd edək ki, “The Rolling Stones” 1962-ci ildə yaradılmış və uzun illər populyarlıq baxımından “The Beatles” ilə rəqabət aparan qrup olub. Qrupun yaradıcıları Mik Caqqer və Kit Riçardsdır.