"Taxt oyunları" serialının ulduzu Sofi Törner yeni eşqə yelkən açıb.
Axşam.az xəbər verir ki, aktrisa britaniyalı aristokrat Pereqrin Pirsonla küçədə dodaq-dodağa görüntülənib. Cütlüyün neçə müddətdir münasibətdə olduğu bəlli deyil.
Qeyd edək ki, Sofi keçmiş həyat yoldaşı, müğənni Co Conasdan sentyabrda boşanıb. İkili 2019-cu ildə evlənmişdi. Onların iki qız övladı var.
Pirson isə sentyabrda 2020-ci ildən görüşdüyü sevgilisi, Yunanıstan və Danimarka şahzadəsi Mariya Olimpiadan ayrılıb. Pirsonun ailəsinin sərvətinin 224 milyon funt-sterlinq olduğu bildirilir.
