Musiqiçilərin neçə faizi süni intellektdən istifadə edir?

Musiqiçilərin neçə faizi süni intellektdən istifadə edir?
437 dəfə oxunub
  • A-
  • A
  • A+

Sənətçilərin 50 faizindən çoxu öz musiqilərində süni intellektdən istifadəni gizlətməyə üstünlük verdiyi üzə çıxıb.

Axşam.az xəbər verir ki, bu barədə qlobal musiqi studiyaları şəbəkəsi "Pirate" Böyük Britaniya, ABŞ və Almaniyadan olan 1141 musiqiçi arasında sorğu keçirib.

Respondentlərin 25%-i artıq öz kompozisiyalarında neyron şəbəkələrdən istifadə etdiklərini etiraf edib. İştirakçıların qalan dörddə üçünün 46%-i gələcəkdə süni intellektlə işləməyə cəhd edəcəklərini bildiriblər.

Respondentlərin ümumi sayından musiqiçilərin 53%-i layihələrində süni intellektdən istifadəni gizlədəcəklərini etiraf edib.