Türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı, iş adamı Engin Polata məxsus lüks avtomobillər polis bölməsinə aparılıb.
Axşam.az xəbər verir ki, "DHA" bunu əks etdirən görüntüləri yayımlayıb. Cütlüyün evlərində və iş yerlərində olan avtomobilləri evakuatorlara yüklənərək İstanbul Polis İdarəsinə aparılıb.
Qeyd edək ki, bir müdddət öncə Dilanla Enginin əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulmuşdu. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilmişdi.
Eyni zamanda, bir çox gözəllik mərkəzi olan Dilan və Enginin vergi borcları olduğu bildirilir.
Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.