“Hello” jurnalı atdığı addımla reytinq toplamağı bacarıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, jurnal yeni sayının üz qabığında Hollivud ulduzları Şon Penn və Şarliz Teronun fotosuna yer verib.
Hollivudun yeni cütlüyünün yer aldığı jurnal iyulun 7-də satışa çıxarılacaq. Cütlük indiyə qədər bir neçə dəfə paparatsilərin hədəfinə tuş gəlsə də, rəsmi açıqlama verməkdən imtina edirdi. Amma bu foto sevgililərin münasibətini təsdiqləmiş olub.