Rusiyanın Xalq artisti Filipp Kirkorovun atası, 90 yaşlı Xalq artisti Bedros Kirkorov xəstəxanadan qaçması ilə bağlı şayiələrə cavab verib.
Axşam.az xəbər verir ki, o, “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində yayılan xəbərləri təkzib edib. Musiqiçi evdə, yoxsa tibb müəssisəsində müalicə olunduğunu dəqiqləşdirməsə də, həkimlərdən qaçmadığını və belə bir şey etmək niyyətində olmadığını bildirib:
"Hansı axmaq hansı xəstəxanadan qaçacaq? Buradakı həkimlər sadəcə dahidir, mən onlardan qaçacağam, niyə? Artıq mənə lazım olanı veriblər. Nəticələr var".
Qeyd edək ki, ötən gün sənətçinin sətəlcəmdən müalicə kursunu tamamlamamağa qərar verərək icazəsiz evə getdiyi haqda xəbərlər yayılmışdı.