Türkiyəli şoumen Mehmet Əli Ərbil 23 yaşlı sevgilisi Cansu ilə gecə gəzintisinə çıxıb.
Axşam.az-ın məlumatına görə, şoumen antalyalı sevgilisini böyük qardaşı Mustafa Ərbillə tanış edib. Restoran içində Cansu ilə çoxlu fotolar çəkdirən şoumen jurnalistlərə görünməmək üçün arxa qapıdan qaçıb getməyə çalışıb.