"O səs Türkiyə" yarışmasının münsiflərindən olan müğənni Hadisə yay ərzində dincəlməyəcək.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı gənclər festivalı çərçivəsində müsabiqənin digər münsifi Gökhanın "Athena" qrupu ilə birlikdə Türkiyənin 22 şəhərində konsert verəcək.
Qeyd edək ki, Hadisə hər konsertə görə 100 min lirə (36 min manat) olmaqla, ümumilikdə 2 milyon 400 min lirə (882 min manat) nağd pul əldə edib.
Konsert turnesi sentyabrın 24-nə kimi davam edəcək.