Müğənni Nadir Qafarzadənin “Yaşıl Teatr”da həyat yoldaşına həsr etdiyi “Həyatımsan ömrüm qədər” adlı konserti dünən baş tutub.
Axşam.az-ın məlumatına görə, sənətçinin söz verdiyi kimi, zalda tamaşaçı olmayıb. Gecəyə qırmızı avtomobillə gələn xanımını qarşılayan Nadir onu xüsusi hazırlanmış yerdə əyləşdirib. Konserti “Azərbaycan atəşi” rəqs qrupu açıb. Maraqlı anların yaşandığı gecədə N.Qafarzadə həyat yoldaşı üçün yazdırdığı “Sevincim - nadir incim” adlı xüsusi bəstəni səsləndirib, tələbələri ilə duetlər oxuyub. Müğənninin ömür-gün yoldaşı Sevinc təəssüratlarını əməkdaşımızla bölüşüb:
“Çox həyəcanlı idim. Nadirin bütün mahnılarını hər gün eşidirəm. Bu dəfə onların mənim üçün səsləndirilməsi maraqlı oldu. Nadirə əvvəlcədən demişdim ki, mənə kameralar yaxınlaşmasın, həyəcanlıyam. Mən mediadan uzaq insanam. Amma konsertdən sonra həyəcanım keçdi. Hər kəsin sualını cavablandırdım”.
Foto: Rəşad ABBASOV