Bir gecədə 3 mükafat aldı, 4 dəfə paltarını dəyişdi - Fotolar

Bir gecədə 3 mükafat aldı, 4 dəfə paltarını dəyişdi - Fotolar
2126 dəfə oxunub
  • A-
  • A
  • A+

İspaniyada Latın Amerikası Səsyazma İncəsənət və Elmlər Akademiyasının musiqi mükafatı olan "Latın Qremmi"nin təqdimat mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, gecənin əsas ulduzu 46 yaşlı kolumbiyalı müğənni Şakira olub. Yeddi nominasiyada namizəd olan ifaçı 3 mükafata layiq görülüb. Şakiranın gecədə bir neçə libas dəyişməsi də gözdən qaçmayıb.

O, mərasimə oğulları Milan və Saşa ilə qatılıb. “İlin mahnısı” adını alan müğənni "Acrostico"nu gecədə ifa edib.

Mükafatlandırmada bir çox tanınmış sima da yer alıb.