Kukla Teatrı Qaxda - Fotolar

Kukla Teatrı Qaxda - Fotolar
434 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərləri davam etdirir. Layihə çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrı noyabrın 16-da Qax şəhərinə səfər edib.

Axşam.az xəbər verir ki, teatr kollektivi Qax Dövlət Kukla Teatrı səhnəsində repertuarlarındakı son nümunələrdən olan “Üç donuz balası” tamaşası ilə çıxış ediblər. Qayğısız üç donuz balasından bəhs edilən əsərdə rejissor üç fərqli xarakterdə qəhrəman sayəsində uşaqlara əməksevərlik, tənbəllik və xudbinlik kimi keyfiyyətlərin xarakterə nə qədər böyük təsir etdiyini üzə çıxardıb.

Birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnı mətnlərinin müəllifi Sevinc Nuruqızıdır. “Üç donuz balası”nın personajlarını teatrın aparıcı aktyorları Səriyyə Mansurova, Aygül Ağayeva, Elnur Xəlilov, Yasin, Elgün Həmidov, Cavid Telman, Araz Həsənov, Adil İqbal canlandırıb.