Aygün Kazımova birinci oldu

Aygün Kazımova birinci oldu
2746 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımovanın "Parol" mahnısı "Apple Music Azerbaijan" və "Yandex Music"də birinci olub. 

Axşam.az xəbər verir ki, bir neçə ay əvvəl işıq üzü görən bəstə yutubda da 5 milyondan çox izlənilib. 

Son günlər hitə çevrilən "Parol" bütün musiqi platformalarını zəbt edib. Bununla yanaşı ölkənin əsas ulduzunun "Qorxuram" və "Vəfasızlar" mahnısı "Apple Music Azerbaijan"da ilk onluqdadır. "Yenə tək", "Ağlasın", "Bağlanıram" mahnıları da ən çox dinlənənlər sırasına daxil olub. 

Pop divanın 7 il əvvəl müğənni Samir Piriyevlə duet şəklində oxuduğu "Ağlasın" mahnısı həm də bu günlərdə TikTok-da ən çox video çəkilən musiqi olub. 

Qeyd edək ki, "Parol"un musiqisi Kazımcana, sözləri Orxan Qarabasmaya aiddir.