Aparıcı Kamilə Babayeva tədbirlərin birində fotokameramıza tuş gəlib. Axşam.az-ın məlumatına görə, aparıcı saytımıza açıqlamasında yay istirahətindən danışıb:
“Evimiz şəhərdən kənarda yerləşir. Buna görə də, ilboyu özümüzü istirahətdəki kimi hiss edirik. Uzağa getmək planımız yoxdur. Qızımla birlikdə evimizdə dincəlirik”.
Qeyd edək ki, Kamilə Babayeva ötən ilin oktyabrında ana olub. Aparıcı qızına Natella adını qoyub.
Foto: Rəşad ABBASOV