"Sevgi şərbəti" nümayiş olundu - Fotolar

"Sevgi şərbəti" nümayiş olundu - Fotolar
558 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasında ukraynalı opera rejissoru Nikola Tretyakın quruluşunda səhnəyə qoyulan "Sevgi şərbəti" operasının tamaşası nümayiş olunub.

Axşam.az-ın məlumatına görə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından bildirilib ki, tamaşada Nemorino rolunu canlandıran Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımov sözügedən tamaşada ilk dəfə çıxış edib.

Eyni zamanda, ilk dəfə tamaşada çıxış edən Mahir Tağızadə Belkore obrazını ifa edib.

Qeyd edək ki, tamaşa ilk dəfə Xalq artisti Fəxrəddin Kərimovun idarəsi altında təqdim olunub.