Pınar Fransanın keçmiş birinci xanımını təkrarladı - Fotolar

Pınar Fransanın keçmiş birinci xanımını təkrarladı - Fotolar
1272 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kanal D"də yayımlanan "Yarqı" serialı "Emmi" mükafatına layiq görülüb.

Axşam.az xəbər verir ki, ekran işi "Ən yaxşı telenovella" nominasiyasında birinci  olub.

Mükafatlandırma gecəsinə serialın prodüseri Kerem Çatay, rejissoru Ali Bilgin, ssenaristi Sema Ergenekon və baş rol aktyorları Kaan Urqancıoğlu və Pınar Deniz qatılıb. Onlar mükafatı alaraq qırmızı xalçada kamera qarşısına keçiblər.

Diqqət çəkən nüanslardan biri də Pınarın gecədə Fransanın keçmiş birinci xanımı, model-müğənni Karla Bruninin ötən il geyindiyi libası təkrarlaması olub.