"Oskar"lı aktyor təcavüzdə ittiham olunur

"Oskar"lı aktyor təcavüzdə ittiham olunur
313 dəfə oxunub
  • A-
  • A
  • A+

2015-ci ilin avqustunda Nyu-Yorkda restoranlarda birində baş vermiş insident də aktyor Ceymi Foks qadına qarşı cinsi təcavüzdə ittiham edilir. Onun haqqında məhkəmədə iddia qaldırılıb.

Axşam.az xəbər verir ki, qadın həmin gün axşam restorana gəldiyini və bir neçə saat sonra Foksun masasının yanında oturan rəfiqəsi ilə birlikdə ondan şəkillərini çəkməsini istəyib. Sərxoş olduğu iddia edilən Ceymi onlarla razılaşıb.

Bundan sonra aktyor qadına gözəl bədənə sahib olduğunu söyləyib. Sonra qadının əlindən tutaraq restoranda tənha yerə aparıb. Qadının sözlərinə görə, aktyoru özündən uzaqlaşdırmağa çalışdığını restoran işçiləri və digər qonaqlar görsə də buna mane olmayıblar. İddia edilən hücum qurbanın dostu yaxınlıqda görünəndə kəsilib.

55 yaşlı aktyor ittihamlara hələlik cavab verməyib. Məsələ ilə bağlı hazırda arşdırma davam edir.

Qeyd edək ki, Ceymi “Zənciri açılmış Djanqo”, “Qanuna tabe olan vətəndaş”, “Robin Hud”, “Girov” və bir çox başqa filmlərdə rol alıb. O, 2005-ci ildə "Rey Çarlz" roluna görə "Oskar" qazanıb.