Rüya Taner və Kürşat Başar Bakıda çıxış etdi

Rüya Taner və Kürşat Başar Bakıda çıxış etdi
355 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur pianoçu Rüya Taner və Türkiyənin tanınmış saksafon ifaçısı, yazıçı Kürşat Başar Türkiyə Cümhuriyyətinin 100-cü və Şimali Kipr Türk Respublikasının 40-cı ildönümü çərçivəsində Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış ediblər.

Axşam.az xəbər verir ki, Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç Türkiyə Cümhuriyyətinin 100-cü, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-ci ildönümü, Şimali Kipr Türk Cümhuriyyətinin 40-cı ildönümündə hər üç dövləti sənət vasitəsilə bir araya gətirdiklərini bildirib. O, Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında əlaqələri gücləndirmək üçün Rüya Taner və Kürşat Başarın konsertini təşkil etdiklərini vurğulayıb.

Səlçuk Karakılıç Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk, Ümummilli Lider Heydər Əliyev, Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaş və Kipr Türk xalqının azadlıq mübarizəsinin öndərlərindən olan Fazil Küçükün xatirəsini yad edib.

Konsertdə Rüya Taner və Kürşat Başar türk və qərb musiqisini səsləndiriblər.