Şakira Pikedən sonrakı həyatı haqqında film çəkəcək

Şakira Pikedən sonrakı həyatı haqqında film çəkəcək
499 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur kolumbiyalı müğənni Şakira eks-sevgilisi Jerar Pikedən sonrakı həyatı ilə bağlı sənədli film çəkəcək.

Axşam.az xəbər verir ki, bu barədə ispan mediası məlumat yayıb.

"Düşünürəm ki, filmdə Şakiranın keçdiyi çətin dövrdən bəhs ediləcək və layihə "Xəyanət və mən" adlanacaq" deyə, - ispan jurnalist Laura Fa deyib.

Qeyd edək ki, Şakira 11 illik sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi  Pikedən xəyanətə görə ayrılıb. Onların iki oğul övladı var - 9 yaşlı Milan və 7 yaşlı Saşa. 

Şakiranın adı bir müddət əvvəl aktyor Tom Kruz və "Formula 1" pilotu Lyuis Hemiltonla hallanıb.