Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova ötən gün İbrahim Tatlısəsin oğlu İdonun və keçmiş sevgilisi Dərya Tunanın restoranında qonaq olub.
Axşam.az-ın məlumatına görə, sənətçi bacısı və nişanlısı ilə birlikdə qonaq getdiyi məkanda orucunu açıb. Birlikdə iftar edən məşhurlar fotolarını İnstaqramda paylaşıblar.
Qeyd edək ki, sənətçinin nişanlısı İnanc Başəyməz iş adamıdır. O, Türkiyədə orta məktəbdə Günellə bir yerdə oxuyub. Cütlük 2011-ci ilin iyunundan nişanlanıb.