Türkiyəli aktyor Ufuk Özkan yeni münasibətə başlayıb.
Axşam.az xəbər verir ki, aktyor Sibel Osmanoğlu ilə sevgilidir. Bu barədə Ufuk sosial media hesabında paylaşım edeib. O, Sibellə olan fotosuna "Yaxşı ki" qısa şərhini yazaraq ürək emojisi qoyub.
Qeyd edək ki, Ufuk ötən ilin avqustunda Nazan Güneşdən boşanıb. İkilinin bir oğlu var.
Aktyor bir müddət əvvəl sirrozdan əziyyət çəkdiyini açıqlamışdı. Qaraciyər çatışmazlığı səbəbindən orqan transplantasiyası üçün müraciət edən aktyor daha sonra buna ehtiyac qalmadığını demişdi.
