Türkiyənin məşhur serialı "Möhtəşəm yüz il"in film versiyası çəkilməyəcək.
Axşam.az "Hürriyət"ə istinadən xəbər verir ki, buna səbəb iyun ayında qurtaran serialın aktyor heyətinin, artıq digər layihələrdə yer almasıdır.
Serialın prodüseri Timur Savcı payızda çəkilməsi və yanvarda göstərilməsi planlaşdırılan filmin əvvəlki tərkibini yenidən bir yerə toplamağın çətin olacağını söyləyib. Belə ki, həmin vaxta qədər aktyor və aktrisalar digər film təkliflərini dəyərləndirəcəklər.
Bu səbəbdən, T.Savcı filmin çəkilişindən imtina edib.