Zaurla Günay daha bir cütlüyə avtomobil verdi – fotolar
Şou
11:24 / 08.07.14
3061dəfə oxunub
A-
A
A+
ATV-də yayımlanan “Məni yarımdan soruş” verilişinin növbəti buraxılışı başa çatıb.
Axşam.az-ın məlumatına görə, aparıcılığını Zaur və Günay Baxşəliyevlərin etdiyi verilişdə daha bir ailə avtomobil sahibi olub. Belə ki, 1 ay ərzində yarışan Ramil-Nuridə və Nurəddin-Amaliya cütlüyü finala yüksəlib. Tapşırıqların öhdəsindən məharətlə gələn Ramil və Nuridə avtomobil qazanıblar.
Nurəddin və Amaliyaya isə televizor hədiyyə olunub.
Qeyd edək ki, verilişin yaradıcı heyəti Türkiyədən olan çəkiliş qrupudur. Yarışma dünyanın 36 ölkəsində “My man can” ("Mənim yoldaşım bacarar") adıyla ekrana gələn məşhur verilişin Azərbaycan versiyasıdır. "Məni yarımdan soruş" hər həftənin bazar ertəsi saat 21:00-da ATV kanalında yayımlanır.