Konsertində mübahisə edən cütlüyü barışdırdı

Konsertində mübahisə edən cütlüyü barışdırdı
417 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı məşhur repçi Trevis Skott Mayamidəki konserti zamanı mübahisə edən cütlüyü barışdırıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçi konserti dayandıraraq təşkilatçılardan işıqları onların üstünə yönləndirilməsini istəyib və bunları deyib:

“Söhbət sevgidən gedir. Bu gün onların sevgiyə ehtiyacı var. Və bu gün çox yaxşı vaxt keçirəcəksiniz".

Daha sonra ifaçı mübahisə edən cütlükdən qucaqlaşmalarını istəyib. Qız əvvəlcə imtina etsə də, zaldakı insanların izdihamlı səs-küyündən sonra razılıq verib.