Erkan Petekkaya da bu serialdan imtina etdi

Erkan Petekkaya da bu serialdan imtina etdi
1363 dəfə oxunub
  • A-
  • A
  • A+

"Saplantı" serialının aktyor heyətində gözlənilməz dəyişiklik edilib.

Axşam.az xəbər verir ki, ekran işində rol alaması gözlənilən aktyor Erkan Petekkaya layihədən imtina edib. Buna səbəb serialın hazırlıq işlərinin uzun müddət keçməsinə baxmayaraq bitməməsi və çəkilişlərin start götürməməsi olub.

Qeyd edək ki, daha əvvəl aktyor Onur Seyit Yaran və aktrisa Nilsu Berfin Aktaş da layihədə rejissor dəyişikliyi olduğu üçün seriala çəkilməkdən imtina etmişdi.