İnstaqramda 52 min insanı əngəlləyib

İnstaqramda 52 min insanı əngəlləyib
649 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli model Didem Soydan sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, model instaqramda əngəllədiyi insan sayını açıqlayıb:

"Dünyada 52 min insan əngəlləyən tək insan olduğumu bilirəm. Millət izləyici sayı artırmaq üçün onları pulla alır. Getsinlər deyə, az qalsın üstündə pul da verəcəyəm".

Qeyd edək ki, modelin instaqramda 730 min izləyicisi var.