"Kurtlar vadisi pusu" serialında "Davud Tataroğlu" obrazına həyat verən aktyor Can Gürzap vəfat edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor müalicə aldığı xəstəxanada 79 yaşında dünyasını dəyişib. Aktyorun bir müddət əvvəl aorta anevrizmasından da müalicə aldığı bildirilir.
Qeyd edək ki, Gürzap 2018-ci ildə ağır yol qəzası keçirmişdi. O, sonuncu dəfə “Eşkiya dünyaya hökmdar olmaz” serialında rol almışdı.