"Rolling Stone" jurnalı ilin ən yaxşı yüz mahnısının siyahısını dərc edib.
Axşam.az xəbər verir ki, buraya Lana Del Rey, Dreyk, Mayli Sayrus və digər sənətçilərin trekləri daxildir.
Nəşr reytinqin birinci pilləsini Peso Pluma və "Eslabon Armado" qrupunun "Ella Baila Sola" kompozisiyasına verib.
İkinci yerdə "PinkPantheress" və "Ice Spice"ın "Boy's a Liar, Pt.2", üçüncü yerdə isə Lana Del Reyin "A&W" mahnısı qərarlaşıb.
İlk beşlikdə həmçinin Zak Brayanla Keysi Masqreyvsin "I Remember Everything" və Şakiranın argentinalı prodüserlə ərsəyə gətirdiyi "Bizarrap Music Sessions 53" mahnısı yer alıb.
Tam siyahı ilə buradan tanış ola bilərsiniz.