Eminin yarışmasındakı gözəlin toyu oldu - fotolar

Eminin yarışmasındakı gözəlin toyu oldu - fotolar
3408 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kainat gözəli -2013" müsabiqəsinin iştirakçılarından biri, "Mobilnıe blondinki" ("Mobil sarışınlar") qrupunun solisti, model Alesya Boslavyakın toyu olub.
 
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, iyulun 6-da "Arxangelsk" muzey-malikanəsində baş tutan mərasimə ölkənin tanınmış simaları - müğənni Alla Puqaçova, Nikolay Baskov, İqor Krutoy və xanımı Olqa, Jasmin, aparıcı-yumorist Maksim Qalkin, Rusiyanın baş naziri Dmitri Medvedev də  qatılıb. Toydan fotoları paylaşan Nikolay Baskov və Jasmin modelə xoşbəxtlik arzu ediblər. 

Qeyd edək ki, modelin ailə qurduğu Vladimir adlı şəxsin vəzifəsi ictimaiyyətə açıqlanmır. Toyda diqqətçəkən məqam isə Nikolay Baskovun Dmitri Medvedevlə selfi çəkdirməsi və baş nazirin müğənni ilə mahnı oxuması xəbərlərinin yayılmasıdır. Bundan başqa, D.Medvedevin də toyda iştirak etməsi rus mediasını təəccübləndirib.

Xatırladaq ki, "Crocus City Hall"da keçirilən "Kainat gözəli-2013" müsabiqəsinin təşkilatçısı bəstəkar-müğənni Emin Ağalarov olub.