Mülkləri müsadirə olunan fenomen danışdı

Mülkləri müsadirə olunan fenomen danışdı
2050 dəfə oxunub
  • A-
  • A
  • A+

Haqqında istintaq başladılan və var-dövləti müsadirə edilən fenomen Eylül Öztürk susqunluğunu pozub.

Axşam.az xəbər verir ki, işçilərinin bu prosesdə zərər çəkdiyini bildirən fenomen maddi və mənəvi cəhətdən çətin vəziyyətdə olduqlarını deyib.

“Çox çətin prosesdir, düşmənimin belə başına gəlməsini istəmirəm" deyə, o, əlavə edib.

Hazırda həbsdə olan fenomen Dilan Polatın 2019-cu ildə paylaşdığı və sosial mediada “çempionlar liqası” adlandırdığı fotoda Eylül Öztürk də daxil olmaqla 12 nəfərin bütün mal varlığı müsadirə edilib. Bir müddət əvvəl xaricə köçən Öztürk susqunluğunu pozaraq qurban olduqlarını və bu prosesin bir an əvvəl bitməsini istədiyini bildirib.

Eylül "Əziz dostlar, cari məsələ ilə bağlı kiçik bir açıqlama vermək istəyirəm. Artıq saat 3-dür burada və yata bilmirəm. Sizin kimi. bir fotoya əsaslanaraq kommersiya fəaliyyəti ilə məşğul olan hər kəsə qarşı istintaqın başlaması ictimaiyyət tərəfindən gündəmə gətirildi və normal olaraq bu araşdırma başladılıb. Proseslə maraqlandığım üçün vəkilimin təqdim etdiyi fikri dərhal çatdırım ki, şübhəlilərin sayından və əhatə dairəsindən asılı olaraq bu istintaq uzun çəkəcək. Amma mən sizinlə ayrıca bir məqamı bölüşmək istərdim. Məlum olduğu kimi, məhkəmənin yekun qərarı olmadan heç kim təqsirli bilinməsə də, mətbuatda gedən xəbərlər sanki bizim barəmizdə hökm varmış kimi çıxış edir. Bu, öhdəsindən gəlmək mənim üçün çox çətin bir prosesdir. Bir anlıq özünüzü mənim yerimə qoyun" sözlərini əlavə edib.

Xatırladaq ki, Türkiyədə son günlər sosial media fenomenlərindən polisə çoxsaylı şikayətlər daxil olur. Keçirilən əməliyyatlar çərçivəsində noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.

Noyabrın 14-də isə sosial media fenomenləri Bahar və Nihal Candan bacıları çirkli pulların yuyulması iddiaları ilə saxlanılıb. Ötən ayın 23-də müğənni və fenomen Banu Parlak saxlanılsalar da, sərbəst buraxılıblar.