Qəzzadakılar üçün 2,5 milyon dollar bağışladı

Qəzzadakılar üçün 2,5 milyon dollar bağışladı
2366 dəfə oxunub
  • A-
  • A
  • A+

"The Weeknd" ləqəbi ilə tanınan Abel Makkonen Tesfay Qəzza zolağında BMT-nin Ümumdünya Ərzaq Proqramına humanitar yardım üçün 2,5 milyon dollar bağışlayıb.

Axşam.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bu vəsait 173 mindən çox fələstinlini iki həftə ərzində qidalandıra biləcək 820 ton ərzaq bağlamasının çatdırılmasına sərf olunacaq.

Hazırda Qəzzada bir milyondan çox insanın kifayət qədər qidası yoxdur. Təşkilat onları konservlər, makaron, çörək və xurma ilə təmin edir.

Qeyd edək ki, 2021-ci ilin yazında "The Weeknd" Efiopiyada aclıqla mübarizə aparmaq üçün BMT-nin ərzaq proqramına 1 milyon dollar bağışlamışdı.