Baskovdan evli xanımla eşq yaşaması iddialarına reaksiya

Baskovdan evli xanımla eşq yaşaması iddialarına reaksiya
816 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Nikolay Baskov şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.

Axşam.az xəbər verir ki, bu günlərdə müğənninin İlona Kotelyux adlı zənginlər aləmində tanınan qadınla eşq yaşadığı iddia edilib.

Lolitanın konsertinə qatılan cütlük gecənin sonunda arxa qapıdan çıxaraq, məkandan uzaqlaşıb. Hazırda İlona iş adamı Vadim Raskovalovun 27 yaşlı oğlu Nikita ilə ailəlidir. Bu isə onun Baskovla sevgili olması şayiələrinin yayılmasına mane ola bilməyib.

Jurnalistlərin bununla bağlı suallarına ifaçı "İlona mənim yaxın dostumdur. Birlikdə Lolitanın konsertinə getmişdik, o Lolitanı çox sevir" cavabını verib.

Qeyd edək ki, müğənni hələ 2007-ci ildə yeganə övladının anası Svetlana Şpigeldən boşandıqdan sonra adı bir çoxları ilə hallanıb. Onlar arasında Oksana Fedorova, Anastasiya Voloçkova, Sofi Kalçeva və Viktoriya Lopyreva da yer alıb.