"Bu mükafatı uşaqların ölmədiyi bir dünyada almaq istəyərdim" - Video

"Bu mükafatı uşaqların ölmədiyi bir dünyada almaq istəyərdim" - Video
1042 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün baş tutan "Altın kelebek" mükafatlarının təqdimetmə mərasimi bir çox maraqlı anlarla yadda qalıb.

Axşam.az xəbər verir ki, gecədə ən diqqət çəkən nüanslardan biri uşaq aktrisa Ada Ermanın mükafat alarkən söylədiyi nitq olub. O, mükafatı uşaqların ölmədiyi bir dünyada almaq istədiyini vurğulayıb.

Əlinə dünya, insan və ürək təsviri çəkən aktrisa bunları deyib:

"Buraya dünyanın şəklini ovcuma çəkərək gəldim. Bu dünya sizin bildiyinizdən çox fərqlidir. Bu dünya yamyaşıl, okeanlar mavi, uşaqlar küçələrdə heyvanlarla qaçıb əylənir. Müharibə, şiddət yoxdur. Heyvanlar azad, qadınlar isə güclüdür. Bu mükafatı uşaqların ölmədiyi bir dünyada almaq istəyərdim, amma... Bu dünya əlinə bunu çəkən uşaqlarla birgə gözəlləşəcək. Buna ürəkdən inanıram".

Ada nitqini bitirəndən sonra əlini ürəyinin üzərinə qoyub və onun çıxışı alqışlarla müşayiət olunub. 

Sosial media istifadəçiləri isə 7 yaşlı uşaq aktrisanın çıxışını aktyor Kərəm Bursininki ilə müqayisə ediblər. Onlar ingilizcə sözlər istifadə edərək şou göstərməyə çalışan Kərəmə Adadan örnək götürməsini təklif ediblər. 

Qeyd edək ki, Ada "Kulüp" serialındakı obrazına görə "Ən yaxşı uşaq aktrisa" adına layiq görülüb.