Türkiyəli aktyor Atlas Önelin yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktyor "Ağlayan gelin" serialında rol alacaq. O, izləyicilərin qarşısına aktyor Feyyaz Şerifoğlunun canlandıracağı obrazın əkiz qardaşı "Ersin" kimi çıxacaq.
Qeyd edək ki, serialın baş rollarını Feyyaz və Ayça Ayşin Turan ifa edəcək.