Dünyaca məşhur "Supernatural" serialının aktyorlarından olan Mark Şeppard 6 dəfə ard-arda infarkt keçirib.
Axşam.az xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.
"Buna inana bilməyəcəksiniz. 6 böyük infark keçirdim, 4 dəfə ölümdən döndüm. Həyatda qalmaq şansım demək olar ki, sıfır idi. İndi özümü yaxşı hiss edirəm. Sabah evdəyəm" deyə, bildirən aktyor xəstəxanadan olan şəklini izləyiciləri ilə bölüşüb.