"D'Artagnan və üç müşketyor" filminin aktyoru Sergey Kustov vəfat edib.
Axşam.az xəbər verir ki, aktyor 78 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Kustov sözügedən ekran işində "Montaran" rolunu canlandırıb. O, 1968-ci ildən ömrünün sonuna kimi Kustov Birinci Ukrayna Uşaq və Gənclər Teatrında çalışıb. Bu müddət ərzində o, 100-dən çox rol ifa edib.