Məşhur rusiyalı reper Qufun (Aleksey Dolmatov) keçmiş həyat yoldaşı Aiza onu valideynlik hüququndan məhrum etmək istəyir.
Axşam.az xəbər verir ki, bu barədə o teleqram hesabında yazıb. Aiza bunu çoxdan planlaşdırdığını bildirib:
"O, tamamilə idarəolunmaz hala gəlib, buna görə də uşaqlarım üçün qorxuram. Övladlarına qarşı iyrənc davranır. Mən sadəcə oğlumu atasının səbəb ola biləcəyi problemlərdən qorumaq istəyirəm. Onun Semi, həm də Tinanı necə sevdiyini yaxşı bilirəm. Ancaq müəyyən problemlər var. İllərdir istifadə etdiyi narkotikə görə beyini hələ hazır deyil. Quf dayanmır və heç nə onu dayandıra bilməz. Sadəcə daha da sürətlənir. İndi milyonlarla rubl xərcləyir, lakin belə yaşayacaq qədər zəngin deyil".