Hollivud ulduzu Penelopa Kruzun baş rolda oynadığı "Ma Ma" filminin çəkilişləri üçün Tenerife adasında olması barədə xəbər vermişdik.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, çəkiliş fasilələrində uşaqları ilə birlikdə dənizə girən aktrisanın xarici görünüşü Qərb mətbuatında bəzi xəbərlərin yayılmasına gətirib çıxarıb. Belə ki, İspaniyanın "Diez Minutos" jurnalında gedən yazıda onun üçüncü övladına hamilə olması iddia edilir.
Qeyd edək ki, ispaniyalı aktyor Xavyer Bardemlə ailəli olan Penelopanın bu nikahdan Leonardo adlı oğlu və Luna adlı qızı var.