Armağanla satıcı arasında gərginlik - Video

Armağanla satıcı arasında gərginlik - Video
754 dəfə oxunub
  • A-
  • A
  • A+

Xərçəng xəstəliyindən müalicə alan türkiyəli prodüser-aparıcı Armağan Çağlayan ötən gün Türkiyədəki ticarət mərkəzində gərginlik yaşayıb.

Axşam.az xəbər verir ki, o, kosmetika satışı ilə məşğul olan mağazalardan birinin xanım satıcısı ilə dava edib. Armanın iddialarına görə, həmin şəxs onu ələ salıb. Görüntülər sosial şəbəkədə yayılıb.

"Dəli deyiləm, durduğum yerdə dava etmədim. Yemək üçün üst mərtəbəyə çıxanda arxamca "Armağan Çağlayan, Çağlayan Armağan, bura bax Armağan" deyə qışqırdı. Dayanmadan davam etdi, mən də dözmədim, bu etdiyinin ayıb olub-olmadığını ondan soruşdum. Ona nəinki mənə, heç kimin üstünə belə qışqıraraq nəsə deyə bilməyəcəyini söylədim. O, isə mənə başqa Armağan Çağlayan yoxdur ki, bircə sizsiz deyə qarşılıq verdi. Axmaq yerinə qoyulduğum üçün əsəbiləşdim. Sonra araya mühafizə də girdi. Oradakı insanlardan narahatlığa görə üzr istədim" deyə, Armağan bildirib.