31 yaşlı məşhur müğənni aktrisa Selena Qomez 35 yaşlı musiqiçi Benni Blanko ilə sevgilidir.
Axşam.az xəbər verir ki, ifaçının sosial media hesabındakı paylaşım iddiaları təsdiqləyib. Selena fotoda başını musiqiçinin çiyninə yaslayıb.
Selena ulduzların sevgili olduğunu bildirən "Pop Factions" səhifəsinin paylaşımına "O mənim ürəyimdə tamamilə hər şeydir. O, mənim başıma gələn ən yaxşı şeydir" deyə yazıb.
Həmçinin müğənni barmağında "B" hərfi olan üzüyünü də nümayiş edib.

