Kianu Rivzin evi qarət edildi

Kianu Rivzin evi qarət edildi
552 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Kianu Rivzin Los-Ancelesdəki malikanəsinə naməlum şəxslər basqın edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, evə girənlər bir ədəd odlu silah götürüblər. Oğurluq zamanı aktyor evdə olmayıb.

Hadisə ərəfəsində polis bölməsinə malikanəyə mümkün oğurluqla bağlı anonim zəng daxil olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə getsələr də, əvvəlcə orada heç kimi tapa bilməyiblər.

Bir neçə saat sonra evdə həyəcan siqnalı verilib və polis yenidən axtarışa çıxıb. Müşahidə kameraları xizək maskası taxmış bir neçə kişinin pəncərəni sındıraraq evə daxil olmasını çəkib.

Hazırda hadisə yerində araşdırma aparılır. Polis ilk zəngi kimin etdiyini də araşdırır.