"Parlaq həyatımı paylaşmaqdan utandım"

"Parlaq həyatımı paylaşmaqdan utandım"
2340 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Beren Saat açıqlaması ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, verilişlərin birindən qonaq olan aktrisa sosial şəbəkələrdə aktiv olmamasının səbəbini açıqlayıb:

"O qədər insan ağrı çəkir ki, mən xoşbəxt nəsə paylaşmağa utanıram. Həyatımızı yaşamağa davam edəcəyik. Həyat davam edir, amma başqa bir tərəfdə də həyatın davam etmədiyi bir dünya var. O qədər çox insanın həyatı dağıldı ki, mən parlaq həyatımı paylaşmaqdan utandım".