Məşhur fransız yazıçı saxlanıldı

Məşhur fransız yazıçı saxlanıldı
472 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur fransız yazıçısı Frederik Beqbeder zorakılıqda şübhəli bilinərək həbs edilib.

Axşam.az xəbər verir ki, bu barədə "France Bleu" radiostansiyası məlumat yayıb.

İdarənin prokuroru yazıçının həbsdə olduğunu təsdiqləyib. O, saat 9:00-da başlayan sorğu-sualdan sonra həbs edilib.

Zorlama faktı ilə bağlı ilkin araşdırma aparılır. 

Qeyd edək ki, Frederik Beqbeder fransız nasir, publisist, ədəbiyyatşünas və aktyordur. Onun ən məşhur əsərləri arasında “Ağılsız gəncin xatirələri”, “Komadakı bayramlar”, “Məhəbbət üç il yaşayır”, “Romantik eqoist”, “99 frank” kimi romanları yer alır.